SON DƏQİQƏ
Səhiyyə Foto

Naxçıvanda tibb məzunlarının səhiyyə sisteminə inteqrasiyası həyata keçirilir

239 baxış 1 dəq

İyun ayının 11-də Naxçıvanda təşkil olunan Karyera Sərgisinə qatılan, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsini bitirmiş bir qrup məzun işlə təmin olunub. Bu addım, Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsinin inkişafı istiqamətində həyata keçirilən ardıcıl tədbirlərin davamıdır.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, təyinat alan məzunlar yeni yaradılan Ailə Sağlamlıq Mərkəzlərində fəaliyyətə başlayacaqlar. Bu münasibətlə Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov gənc tibb işçiləri ilə görüş keçirib. Görüş zamanı nazir onlara uğurlar arzulayıb, məsuliyyətli və vicdanlı fəaliyyətin əhəmiyyətini vurğulayıb.

“Muxtar respublikada əhalinin sağlamlığının qorunması daim diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə kadr potensialının gücləndirilməsi isə əsas prioritetlərimizdəndir”, – deyə səhiyyə naziri qeyd edib.

Reklam
Reklamınız burada ola bilər +994 50 227 80 27

Nazir, yeni təyin olunmuş həkimlərə vəzifə borclarını məsuliyyətlə yerinə yetirməyi, etik prinsiplərə sadiq qalmağı və daim peşəkar inkişafla məşğul olmağı tövsiyə edib. O, vurğulayıb ki, savadlı və vicdanlı tibb işçiləri cəmiyyətin sağlamlıq dayağıdır.

Görüş qarşılıqlı fikir mübadiləsi ilə davam edib. Məzunlar onlara göstərilən diqqət və etimada görə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, işə başlamazdan əvvəl gənc həkimlər üçün 2 ay müddətində nəzəri və praktiki bilikləri artırmağa yönəlmiş təlim proqramı təşkil olunacaq. Bu proqram onların peşə hazırlığının möhkəmləndirilməsi və səhiyyə müəssisələrində qarşılaşa biləcəkləri real vəziyyətlərə hazırlıqlı olmaları məqsədi daşıyır.

Fotolar

2 foto