SON DƏQİQƏ
Cəmiyyət Foto

Naxçıvanda yaz əkin mövsümündə genişmiqyaslı yaşıllaşdırma işləri aparılıb

186 baxış 1 dəq

2025-ci ilin yaz əkin mövsümündə Naxçıvan Muxtar Respublikasında yaşıllaşdırma və ekoloji tarazlığın qorunması istiqamətində məqsədyönlü tədbirlər davam etdirilib. 

"NAXÇIVANXƏBƏRLƏRİ"məlumat verir ki, təbiətin mühafizəsi və yaşıllıqların artırılması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində bu gün Qoşadizə tinglik sahəsində yeni tut toxmacarlığı yaradılıb.

Bununla yanaşı, Qoşadizə və Xətai tinglik sahələrində 1,2 hektar ərazidə badam, ərik, qoz, alma, eldar şamı, göyrüş və akasiya ağaclarının toxmacarlıqları salınıb.

Reklam
Reklamınız burada ola bilər +994 50 227 80 27

Əkin mövsümü ərzində muxtar respublikanın müxtəlif ərazilərində ümumilikdə 228 hektar sahədə meşəsalma və meşəbərpa işləri həyata keçirilib, 67 mindən çox ting əkilərək yaşıllaşdırma işlərinə töhfə verilib.

Aparılan bu tədbirlər ekoloji tarazlığın qorunması, torpaqların münbitliyinin artırılması və iqlim dəyişikliklərinin təsirinin azaldılması baxımından xüsusi əhəmiyyət daşıyır.



.

Fotolar

2 foto