Naxçıvanda yerli icra hakimiyyətləri başçılarını Ali Məclis sədrinin təqdimatı əsasında prezident təyin edəcək

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla bağlı "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Konstitusiya qanununun layihəsində öz əksini tapıb.

Konstitusiya qanununun layihəsi müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda bu gün qəbul edilib

Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətləri başçılarını Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin edəcək.