Bu ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti muxtar respublikadan ixrac olunan mallara 411 mənşə sertifikatı verib. 

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,2 faiz artıb.

Hesabat dövründə "CT-1" formalı mənşə sertifikatı 317 ədəd, “Ümumi” formalı mənşə sertifikatı 86 ədəd və “A” forma mənşə sertifikatı 8 ədəd təşkil edib.