Bu il “Naxçıvanxəbərləri” informasiya portalının fəaliyyətə başlamasından 10 il ötür. İctimaiyyətin etibarını qazanmış bu platforma ilə bağlı “Naxçıvan Qaziləri” İctimai Birliyi öz təbrikini ünvanlayıb.

Birliyin təbrik məktubunda bildirilib ki, 10 il ərzində “Naxçıvanxəbərləri” doğru və dolğun məlumatları çatdırmaqla yanaşı, milli dəyərlərin, qəhrəmanların və qazilərin səsini ucaldaraq regionun informasiya məkanında mühüm yer tutub:

“Naxçıvan Qaziləri” İctimai Birliyi olaraq, bu illər ərzində regionun səsinə çevrilmiş, doğru və dolğun məlumatları ictimaiyyətə çatdıran, milli dəyərlərimizin, qəhrəmanlarımızın və qazilərimizin səsini ucaldan “Naxçıvanxəbərləri” komandasını səmimi-qəlbdən təbrik edirik. Sizin informasiya cəbhəsindəki xidmətiniz xalqımızın həmrəyliyinə, maariflənməsinə və tariximizin yaşadılmasına böyük töhfədir”.

Birlik “Naxçıvanxəbərləri” komandasına gələcək fəaliyyətlərində uğurlar arzulayıb və inamla qeyd edib ki, peşəkar komanda daha böyük nailiyyətlərə imza atacaq:

“Peşəkar komandanızla daha böyük uğurlara imza atacağınıza inanır, fəaliyyətinizdə sizə möhkəm can sağlığı və yeni nailiyyətlər arzulayırıq!”