Kanadanın Ontario əyalətində yerləşən Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Azərbaycan Kanadadakı səfirliyinin "X" sosial şəbəkə hesabında paylaşım edilib.

Bildirilib ki, Niaqara şəlaləsi 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə xüsusi dizaynla Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

https://x.com/i/status/1987768004071845922