Bu gün doğma yurduna yola salınan növbəti köçkarvanı Cəbrayılın Horovlu kəndinə çatıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu mərhələdə kəndə 196 nəfərdən ibarət 40 ailə qayıdıb.
Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.