Ötən il Naxçıvan Muxtar Respublikasından İrana 36 milyon 743 min kVt/s elektrik enerjisi verilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Naxçıvan Dövlət Energetika Xidmətindən bildirilib.

Qeyd edilib ki, İran İslam Respublikası ilə aparılan elektrik enerji mübadiləsi çərçivəsində 35 milyon 279 min kVt/s alınıb.