Sual: Üzərində və onların istifadəsi təlimatlarında (içlik vərəqələrində) “DƏRMAN VASİTƏSİ DEYİLDİR” sözləri yazılmayan bioloji aktiv qida məhsullarının istehsalına, idxalına və ya satışına görə inzibati cərimənin məbləği hansı həddə göstərilmişdir?

Cavab: Üzərində və onların istifadəsi təlimatlarında (içlik vərəqələrində) “Dərman vasitəsi deyildir” sözləri yazılmayan bioloji aktiv qida məhsullarının istehsalına, idxalına və ya satışına görə –vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

Sualı cavablandırdı: Naxçıvan şəhər prokurorunun böyük köməkçisi  kiçik ədliyyə müşaviri - Elməddin Bağırov