Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib. İclasda 2025-ci ildə görülən işlər müzakirə olunub, 2026-cı ildə qarşıda duran vəzifələr müəyyənləşdirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, komitənin sədri Ramilə Seyidova çıxışında bildirib ki, hesabat dövründə uşaq hüquqlarının qorunması və sosial müdafiənin gücləndirilməsi istiqamətində konkret nəticələr əldə olunub. 

Belə ki, 10 uşaq əməyinin qarşısı alınıb, 33 uşağın təhsilə cəlbi təmin edilib, xüsusi qayğıya ehtiyacı olan uşaqlara bayram tədbirləri çərçivəsində 293 hədiyyə təqdim olunub.