Avqustun 22-də Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova Şərur rayonunun Danyeri kəndində sakinlərlə görüş keçirib və onların müraciətlərini dinləyib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, görüşdən əvvəl Komitə sədri Ramilə Seyidova çıxış edərək, hər ay Komitə tərəfindən mütəmadi olaraq vətəndaş qəbullarının keçirildiyini, vətəndaş müraciətlərinin dinlənildiyini bildirmiş, bu cür görüşlərin əhəmiyyətini vurğulamışdır.
R. Seyidova, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dövlət ailə, qadın və uşaq siyasəti çərçivəsində görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat vermişdir. Daha sonra sakinlərlə fərdi şəkildə görüşlərə başlanılmışdır.
Daha sonra Komitə sədri sakinlərin müraciətlərini ayrı-ayrılıqda dinləyib. Müraciətlər əsasən işlə təmin olunma, özlərinin və övladlarının dərman vasitələri ilə təmin olunması, övladlarının məktəbli forması ilə təmin olunması, uşağın atasının yanında qalması, eləcə də digər məsələlərlə bağlı olmuşdur.
Görüş zamanı vətəndaşlara qanunvericilik çərçivəsində hüquqi izahatlar verilmiş, Komitənin səlahiyyətləri daxilində olan müraciətlər nəzarətə götürülmüş və protokollaşdırılması təmin edilmişdir.