Fevralın 28-də Naxçıvan Təlim Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Liderlik və İdarəetmə” təlimi uğurla başa çatıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, təlim Bakıdan dəvət olunmuş uzun illərdir ki, müxtəlif üniversitetlərin MBA proqramlarında İnsan Resurslarının İdarəedilməsi, Liderlik və Təşkilatı Davranış, Beynəlxalq İdarəetmə və Strateji İdarəetmə mövzularını tədris edən Allahverdi Bağırov tərəfindən keçirilib.

Qeyd edək ki, təlim iki hissədən ibarət olub. Birinci hissədə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşları, nazir müavinləri, yerli icra hakimiyyəti və digər orqanların rəhbər şəxsləri, ikinci hissədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin əməkdaşları, dövlət qurumlarında çalışan şöbə və sektor müdirləri iştirak edib.