Qida təhlükəsizliyi sahəsində aparılan nəzarət tədbirləri çərçivəsində 47 dönərxanada 96 halda monitorinq həyata keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu 2024-cü ildə Naxçıvan Muxtar Respublikasında Qida Təhlükəsizliyi Agentliyi tərəfindən görülmüş işlərin icra vəziyyəti, tətbiq edilən yeniliklər və əldə edilən nəticələr, eləcədə qarşıdakı hədəflərə dair mətbuat konfransında jurnalistlərə açıqlamasında Agentliyin sədri Səfəralı Nəsirov deyib.
O qeyd edib ki, yoxlamalar zamanı bir sıra nöqsanlar aşkarlanıb və bu çatışmazlıqların aradan qaldırılması üçün sahibkarlara icrası məcburi göstərişlər verilib.
"Dönərlərin keyfiyyət və təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi məqsədilə 22 halda dönər, 1 halda isə mayonez əsaslı sous məhsulundan nümunələr götürülərək laborator müayinələr aparılıb. Nəticədə, 19 halda məhsulların keyfiyyət göstəricilərinin tələblərə uyğun olduğu müəyyən edilib, 4 halda isə uyğunsuzluqlar aşkarlanıb. Bununla əlaqədar müvafiq tədbirlərin görülməsi üçün sahibkarlara əlavə göstərişlər verilib". - deyə sədr bildirib.