SON DƏQİQƏ

"Şərq qapısı" qəzetinin baş redaktorundan təbrik məktubu

288 baxış 1 dəq
"Şərq qapısı" qəzetinin baş redaktorundan təbrik məktubu

Hörmətli  “Naxçıvanxəbərləri” komandası!

Naxçıvan Muxtar Respublikasının ilk müstəqil xəbər portallarından biri kimi fəaliyyətə başlayan “Naxçıvanxəbərləri”nin 10 illik yubileyi münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm!

Etiraf etməliyəm ki, zaman-zaman xəbər yarışında sizin operativliyinizə yaxşı mənada “paxıllıq” etmişik. Sosial şəbəkələrdəki çevikliyiniz, informasiya mənbəyi kimi etibarlılığınızla siz artıq təkcə xəbər yaymırsınız, həm də jurnalistikamızda sağlam rəqabət mühiti yaradırsınız. Bu isə həm sizin, həm də bizim üçün inkişaf deməkdir.

Reklam
Reklamınız burada ola bilər +994 50 227 80 27

Xüsusilə qeyd etmək istəyirəm ki, bu saytın bütün yükü cəmi 2-3 nəfər həmkarımızın üzərindədir və bunu belə yüksək səviyyədə saxlamaq özü böyük uğurdur.

Başda dəyərli həmkarımız Mətin müəllim olmaqla, bütün yaradıcı heyətə, o cümlədən Mənsurə xanıma yeni uğurlar, tükənməz enerji və daha geniş oxucu auditoriyası arzulayıram!

Hörmətlə,

Sara Əzimova

“Şərq qapısı” qəzetinin baş redaktoru