SON DƏQİQƏ
Hüquq guşəsi Hüquq məsləhəti

Şəxsin üzərində az miqdarda narkotik vasitə aşkar edilərsə, bu cinayətdir, yoxsa inzibati xəta?

278 baxış 1 dəq
Şəxsin üzərində az miqdarda narkotik vasitə aşkar edilərsə, bu cinayətdir, yoxsa inzibati xəta?

Sual: Şəxsin üzərində az miqdarda narkotik vasitə aşkar edilərsə, bu cinayətdir, yoxsa inzibati xəta?

Cavab: Əgər şəxsin üzərində şəxsi istifadəyə yarayan az miqdarda narkotik vasitə aşkarlanarsa və bu satış məqsədi daşımırsa, bu hal cinayət yox, inzibati xəta sayılır.

Bu, İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən cərimə, xəbərdarlıq və ya 1 aya qədər inzibati həbs ilə nəticələnə bilər.

Reklam
Reklamınız burada ola bilər +994 50 227 80 27

Amma burada vacib nüanslar var:

•Maddənin növü və miqdarı mühümdür (həddən artıq olarsa, artıq cinayət məsuliyyəti yaranır).

•Məsələn: az miqdarda marixuana – inzibati; çox miqdarda – cinayət.

Əgər narkotik saxlanmaqla yanaşı istifadə olunursa, bu, müalicə məcburiyyəti ilə də nəticələnə bilər.

Sualı cavablandırdı: Ordubad rayon prokurorunun köməkçisi II dərəcəli hüquqşünas Fərid Orucəliyev