SON DƏQİQƏ

Son beş ildə məhkəmələrdə aliment işlərinin sayı təxminən 10 min artıb

179 baxış 1 dəq
Son beş ildə məhkəmələrdə aliment işlərinin sayı təxminən 10 min artıb

Son beş ildə məhkəmələrdə aliment işlərinin sayı təxminən 10 min artıb.

"NAXÇIVANXƏBƏRLƏRİ"məlumat verir ki, bunu ədliyyə nazirinin müavini Toğrul Hüseynov Milli Məclisdə bu gün keçirilən "Qanunvericilikdə gender bərabərliyi: nailiyyətlər və perspektivlər" mövzusunda ictimai dinləmədə deyib.

O qeyd edib ki, 2025-ci ildə məhkəmə icraatında 141 min aliment işi olub:

Reklam
Reklamınız burada ola bilər +994 50 227 80 27

"Aliment ödəməkdən yayınan 4 min 299 borclu barəsində inzibati protokol tərtib edilib, 3 min 83 halda məhkəmələr tərəfindən inzibati tənbeh tətbiq olunub, 2 min 344 nəfər inzibati qaydada həbs edilib. Həmçinin 286 halda cinayət məsuliyyətinə cəlbetmə barədə təqdimat verilib, 235 halda cinayət işi başlanıb".

Nazir müavinin fikrincə, uşaqla ünsiyyət işləri də həssas kateqoriyaya daxildir:

"2025-ci ildə icraatda 14 min belə iş olub. Bu işlər ümumi icra işlərinin təxminən bir faizini təşkil edir və icra olunmama halları azdır. Əsas çətinliklər valideynlərin uşağa psixoloji təsiri və ünsiyyətin gecikdirilməsi ilə bağlıdır.

Bu baxımdan təklif olunur ki, uşaqla ünsiyyət icra şöbələrində deyil, psixoloqların iştirakı ilə xüsusi mərkəzlərdə təşkil edilsin. Bu, uşaqların daha sağlam psixoloji mühitdə valideynləri ilə görüşməsinə imkan yarada bilər".