SON DƏQİQƏ
Hüquq guşəsi Hüquq məsləhəti

Sosial şəbəkədə dövlət qurumlarını və ya rəsmiləri sərt tənqid etmək hər hansı bir məsuliyyətə səbəb olurmu?

249 baxış 1 dəq
Sosial şəbəkədə dövlət qurumlarını və ya rəsmiləri sərt tənqid etmək hər hansı bir məsuliyyətə səbəb olurmu?

Sual: Sosial şəbəkədə dövlət qurumlarını və ya rəsmiləri sərt tənqid etmək hər hansı bir məsuliyyətə səbəb olurmu?

Cavab: Xeyr, sadəcə tənqid etmək və fikrini ifadə etmək — cinayət və ya inzibati xətaya səbəb olmur. Bu, Konstitusiyanın 47-ci maddəsi ilə təmin olunan ifadə azadlığı hüququdur.

Vətəndaş sərbəst şəkildə sosial şəbəkədə narazılığını, şikayətini və ya mövqeyini ifadə edə bilər.

Reklam
Reklamınız burada ola bilər +994 50 227 80 27

Lakin tənqidlə böhtan və təhqir arasında fərq var:

•Tənqid: Faktlara əsaslanan, məqsədi düşüncə bildirmək olan ifadələrdir. Qanunidir.

•Təhqir: Bir şəxsin və ya qurumun şərəf və ləyaqətini alçaldan ifadələrdir. Bu İnzibati Xətalar Məcəlləsinin 388-1-ci maddəsi ilə cərimələnə bilər.

•Böhtan: Bilərəkdən yalan məlumat yaymaqdır. Əgər bu ağır nəticələrə səbəb olursa, Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyəti yarada bilər.

Yəni, əgər yazdığınız fikir şəxsi hücum və ya yalan məlumat yaymaq deyil, sadəcə narazılıq və ya düşüncədirsə, bu qanunla qorunur və cəzalandırıla bilməz.              

Sualı cavablandırdı: Ordubad rayon prokurorunun köməkçisi II dərəcəli hüquqşünas - Fərid Orucəliyev