SON DƏQİQƏ

Türkiyədə parlamentlərarası beynəlxalq futbol turnirində Azərbaycan ikinci yerə çıxıb

252 baxış 1 dəq
Türkiyədə parlamentlərarası beynəlxalq futbol turnirində Azərbaycan ikinci yerə çıxıb

Türkiyənin Antalya şəhərində keçirilən TÜRKPA-ya daxil olan dövlətlərin parlamentlərarası beynəlxalq futbol turnirində Azərbaycan komandası final qarşılaşmasında türkiyəli həmkarlarına uduzub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qarşılaşmanın 14-cü dəqiqəsində Fatih Şahin, 26-cı dəqiqəsində isə Oktay Çanak, 60+2 dəqiqədə isə Türkiyənin gənclər və idman naziri Osman Bak fərqləniblər.

Azərbaycan komandası isə bu qollardan yalnız birinin əvəzini çıxa bilib. Belə ki, 49-cu dəqiqədə Fərid Məmmədquluzadə fərqlənib.

Reklam
Reklamınız burada ola bilər +994 50 227 80 27

Azərbaycanlı deputat Kamran Bayramov matçda zədələnərək oyundan çıxıb.

Turnirdə birinci yeri Türkiyə, ikinci yeri Azərbaycan, üçüncü yeri isə Qırğızıstan parlament komandaları tutub.

Qeyd edək ki, bu turnir ilk dəfə keçirilir. Yarışda 6 komanda mübarizə aparır.

Azərbaycan komandası əvvəlcə Qırğızıstana 1:2 hesabı ilə məğlub olub, daha sonra Şimali Kiprə 3:0 hesabı ilə qalib gələrək qrup birincisi kimi finala yüksəlib.