SON DƏQİQƏ

Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib

299 baxış 1 dəq
Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib

Ukraynalı uşaqlardan ibarət növbəti qrup reabilitasiya üçün Azərbaycana gəlib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev sosial şəbəkə hesabında yazıb.

Səfirin sözlərinə görə, onlar əsasən itkin düşmüş və ya həlak olmuş Ukrayna hərbçilərinin uşaqlarıdır.

Reklam
Reklamınız burada ola bilər +994 50 227 80 27

Y.Qusev vurğulayıb ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında uşaqları Ukraynanın Azərbaycandakı səfirliyinin əməkdaşları və Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri, Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə qarşılayıblar.

"Uşaqlar Quba sanatoriyasında reabilitasiya keçə, Azərbaycan mədəniyyəti ilə tanış ola, Bakının görməli yerlərini, o cümlədən Ukrayna Mərkəzini ziyarət edə biləcəklər", - məlumatda bildirilib.

Diplomat həmçinin əlavə edib ki, bu, reabilitasiya üçün Ukraynadan gələn uşaqlardan ibarət doqquzuncu qrupdur.

"Dəstəyə görə Azərbaycana və onun xalqına təşəkkür edirik. Bu, təkcə dostluğun əsl təzahürü deyil, həm də Ukrayna-Azərbaycan strateji tərəfdaşlığının möhkəmləndirilməsinə mühüm töhfədir", - Y.Qusev qeyd edib.