MartIın 6-da “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Uşaq hüquqları və vəzifələri” mövzusunda Kəngərli rayon Qıvraq qəsəbəsi tam orta məktəbində maarifləndirici tədbir keçirilib. Dəyirmi masa ətrafında keçirilən tədbiri giriş sözü ilə açan Kəngərli Rayon İcra Hakimiyətinin əməkdaşı Səfər Səfərov bu sahədə maariflənmənin əhəmiyyətini və vacibliyini vurğulayıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Elsun Cahangirli bildirib ki, dünyadakı bütün uşaqların qanunla tənzimlənən və əxlaqi baxımdan doğulduqları gündən sahib olduqları hüquqlar insan hüquqları anlayışının bir hissəsi kimi dəyərləndirilməlidir. Uşaqlar fiziki və psixoloji cəhətdən müdafiəsiz olduqlarından onların xüsusi qayğı və münasibətə ehtiyacı vardır.

Qeyd edildi ki, məhz dövlətimizin qanunvericilik sistemində uşaqların hüquq və mənafelərinin müdafiəsi sahəsində etibarlı təminat mexanizmləri formalaşdırılmışdır.

30 nəfərin yararlandığı tədbirdə iştirakçıların sualları cavablandırılıb və maarifləndirici broşürlar paylanılıb.