SON DƏQİQƏ
Hüquq guşəsi Hüquq məsləhəti

Uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı necə müəyyən olunur?

446 baxış 1 dəq
Uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı necə müəyyən olunur?

Ailə Məcəlləsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur:

1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi,

2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi,

Reklam
Reklamınız burada ola bilər +994 50 227 80 27

3 və daha çox uşağa görə-=öqazancın (başqa gəlirlərin) yarısı.

Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

Qeyd: Sualları Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Qanunvericilik bölməsinin əməkdaşları cavablandırır