Dövlət Vergi Xidmətinin rəis müavini, rəis vəzifələrini müvəqqəti icra edən Tural Abdulzadə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə müsahibəsində bildirib ki, Naxçıvanda tətbiq edilən vergi, gömrük və sosial sığorta güzəştləri iqtisadiyyatın stimullaşdırılmasına, sahibkarlıq subyektlərinin inkişafına və yeni biznes mühitinin formalaşmasına mühüm təkan verəcəkdir.
Onun sözlərinə görə, bu güzəştlər paketindən sahibkarların geniş istifadə edəcəyi gözlənilir. “Ümid edirik ki, sahibkarlar bu imkanlardan faydalanaraq yeni dəyərlər formalaşdıracaqlar.
Gələcəkdə həmin dəyərlərin yaranması yeni iş yerlərinin açılmasına, məşğulluğun inkişafına xidmət edəcəkdir”, – deyə Tural Abdulzadə vurğulayıb.
Müsahibəni hazırladı:
Xosrov İbrahimov