“Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Emin Tarverdiyev “Naxcivanxeberleri.az” informasiya portalının 10 illik yubileyi münasibətilə sayt kollektivinə təbrik məktubu ünvanlayıb. Məktubda portalın informasiya məkanındakı rolu yüksək qiymətləndirilib.
O məktubda qeyd edib ki, “Naxcivanxeberleri.az” Azərbaycan mediasında özünəməxsus dəsti-xətti, operativ və maraqlı xəbərləri ilə seçilən öncül informasiya portallarından biridir.
"Xüsusilə də Naxçıvan Muxtar Respublikasında baş verən yeniliklər, mühüm hadisələr barədə dəqiq və obyektiv informasiyaların çatdırılması sahəsində saytınızın rolu danılmazdır.
Bu illər ərzində daim inkişaf edən və oxucu sayını artıran “Naxcivanxeberleri.az”ın ölkə informasiya məkanında tutduğu mövqeyi təqdirəlayiqdir.
Sevindirici haldır ki, qələbə xəbərlərini çatdırmaq da sizə nəsib olub. Bu, həm jurnalistik fəaliyyətinizin peşəkarlığını, həm də Vətənə olan sevginizi göstərir.
Saytın rəhbərliyini və bütün əməkdaşlarını bu əlamətdar gün münasibətilə bir daha təbrik edir, sizə gələcək fəaliyyətinizdə uğurlar, yeni-yeni maraqlı xəbərlər arzulayıram.
Əminəm ki, “Naxcivanxeberleri.az” bundan sonra da informasiya sahəsində nüfuzlu mövqeyini qoruyub saxlayacaq və oxuculara dəyərli informasiyalar çatdırmaqda davam edəcək". - deyə qeyd edib.