Vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyətinin İdarə Heyətinin sədri Yalçın Vəliyev Sədərək rayonunda vətəndaş qəbulu keçirmişdir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, ilk olaraq Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülmüş, xatirəsi ehtiramla yad edilmişdir.

Sonra Sədərək Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaş qəbulu keçirilmişdir. Qəbula gəlmiş vətəndaşlarla keçirilən görüşdə Cəmiyyətin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydaları və şərtləri haqqında ətraflı məlumat verilmişdir.