Sual: Atam vəfat edib. Onun zaminsiz şəkildə bankdan götürdüyü kredit borcunu kim ödəməlidir?
Cavab: Konstitusiya Məhkəməsinin Plenumunun 4 iyun 2018-ci il tarixli qərarına əsasən, borclu vəfat etdikdə, ilk növbədə mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində borclunun kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Yəni şəxs vərəsəlikdən imtina etsə və mirası qəbul etməsə, o mirasqoyanın borcu üzrə öhdəlikdən azaddır. Əgər vəfat etmiş borclu şəxsin zamini varsa və zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də vərəsələrə düşən miras əmlakın həcmi öhdəliyi icra etməyə imkan vermədikdə, zamin ölən şəxsin kreditoru qarşısında tam məsuliyyət daşıyır.
Sualı cavablandırdı: Culfa rayon prokurorunun köməkçisi II dərəcəli hüquqşünas Heydər İbrahimli